Nurəddin Canikli:" Biz doğru yerdəyik, sərhədlərimizi qorumaq üçün oradayıq"

Türkiyənin Milli Müdafiə naziri Nurəddin Canikli özəl televiziya kanalına müsahibə verərkən Türkiyənin Suriyada terrorla mübarizəsindən də danışdı.

949154

Canikli: "Terroru aradan qaldırmaq, ölkəmizin təhlükəsizliyini təhdid edən terroru aradan qaldırmaq üçün addım atırıq və biz doğru yerdəyik. Sərhədlərimizi qorumaq üçün oradayıq" dedi.
 
Müdafiə naziri İraqın Qəndil və Sincar bölgələrinin də  terrorizmlə mübarizə sahəsinə daxil olduğunu bildirdi.
 
 Digər ölkələrin Suriya mövzusundakı mövqelərinin problemli olduğunu ifadə edən Canikli: "Onlar da mövqelərini dəyişdirsələr, problem qalmaz" dedi.
 
 Türkiyənin havadan müdafiə sisteminin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətlərindən bəhs edən nazir Türkiyənin "Patriot"ların istehsalına da  də töhfə verə biləcəyini qeyd etdi.

Әlaqәli Xәbәrlәr