Ərdoğan alman polisinin kobud rəftar etdiyi Yusif Ünsala zəng etdi

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Almaniyada polis tərəfindən kobud rəftara məruz qalan Türk vətəndaşı Yusif Ünsala zəng etdi.

947573

Türkiyə Dövlət Aparatı mənbələrindən verilən məlumata görə, dövlət başçısı  Ərdoğan  Ünsaldan Ştutqartdakı hadisə haqqında məlumat alıb.
 
 Yusif Ünsal yaxından maraqlandığı üçün Ərdoğana təşəkkür edib.
 
 Qeyd edək ki, alman polisinin Almaniyada separatçı terror təşkilatı PKK tərəfdarlarının keçirdikləri aksiyaya etiraz edən Ünsala qarşı kobud rəftarı ictimaiyyətin sərt reaksiyasına səbəb olub.

Әlaqәli Xәbәrlәr