Rәcәb Tayyib Әrdoğan, Vladimir Putin vә Hәsәn Ruhani Suriya böhranını müzakirә edәcәklәr

Bu barədə diplomatik mәnbәlәr  məlumat yayıb.

942991
Rәcәb Tayyib Әrdoğan, Vladimir Putin vә Hәsәn Ruhani Suriya böhranını müzakirә edәcәklәr

Aprelin 4-də (sabah) Suriya böhranının tənzimlənməsi ilə əlaqədar Ankarada Türkiyə, Rusiya və İran dövlәt başçıları Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani arasında görüş keçiriləcək.

Bu barədə diplomatik mәnbәlәr  məlumat yayıb.

Toplantıda qәbul edilmәsi nәzәrdә tutulan ortaq bәyannamәdә Suriyada atәşkәsin davam etdirilmәsi ,әrazi bütövlüyünün qorunması vә pozuntuların aradan qaldırılması kimi mövzuların vurğulanması gözlәnilir.

Zirvə görüşü çərçivəsində Rәcәb Tayyib Ərdoğan və H. Ruhani arasında ikitərəfli görüşün keçirilməsi də nəzərdə tutulur. Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələlərin müzakirә edilәcәyi bildirilir. 



Әlaqәli Xәbәrlәr