"Fransa terror təşkilatlarını qanuniləşdirməyə cəhd edir", B.Bozdağ

Türkiyə Baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ Fransanın PYD/YPG/YPJ terror təşkilatlarına dəstək zəmanəti verməsinin bu təşkilatları qanuniləşdirmə səyi olduğunu bildirib.

941419
"Fransa terror təşkilatlarını qanuniləşdirməyə cəhd edir", B.Bozdağ

   Separatçı terror təşkilatı PKK-nın Suriyadakı davamı YPG nümayəndə heyəti ilə görüşən və sonra PYD-nin baş damı olan SDG ilə Türkiyə arasında vasitəçilik təklifi edən Fransa prezidenti Emmanuel Makronun açıqlamalarına sosial media hesabı “twitter”dən reaksiya bildirən B.Bozdağ yazıb: “Fransanın PYD/YPG/YPJ terror təşkilatlarına dəstək zəmanəti verməsi və bu istiqamətdə açıqlaması terrora, təşkilatlarına və üzvlərinə yardım, terror təşkilatlarını qanuniləşdirmək cəhdi, Türkiyəyə hücum edən qurumlarla açıq-aşkar əməkdaşlıq və həmrəylik deməkdir. Amma bu hərəkəti edənlər terrorçulara qarşı etdiyimiz rəftarı görəcək, Türkiyənin hədəfi olacaqlar. Ümid edirik ki, Fransa rasional olmayan belə addımları daha atmaz. Terror təşkilatları ilə dostluq edənlər Türkiyəni onlarla birlikdə itirəcəklər".



Әlaqәli Xәbәrlәr