"Bu iki dövlət həqiqət hər hansı bir şərtlə məhdudlaşmayan qədim dostlardır", N.Canikli

Pakistanın Milli Günü münasibətilə keçirilən tədbirdə N.Canikli deyib...

936550
"Bu iki dövlət həqiqət hər hansı bir şərtlə məhdudlaşmayan qədim dostlardır", N.Canikli

  Türkiyə Milli Müdafiə naziri Nurəddin Canikli Türkiyə və Pakistanın həqiqi mənada iki qədim dost ölkələr olduğunu vurğulayıb.  

  Pakistanın Milli Günü münasibətilə keçirilən tədbirdə N.Canikli deyib: “Pakistan və Türkiyə həqiqi mənada, hər hansı bir şərtlə məhdudlaşmayan iki qədim dostdur. Pakistan xalqı Türkiyə xalqının, Türkiyə xalqı da Pakistan xalqının bir yarısıdır... Bu ölkələr və xalqların ən çətin günlərdə yenə bir-birlərinin yanında olmağa davam edəcəklərinə inanıram… 15 İyul xain Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) çevriliş cəhdindən sonra da Pakistan dövləti və millətinin verdiyi dəstəyi unutmarıq… Bu gün də bu iki ölkə ciddi sınaqlarla qarşı-qarşıyadır… Hal-hazırda Pakistan və Türkiyə, xüsusilə, müdafiə sənayesi sahəsində çox mühüm və strateji layihələr həyata keçirməyə çalışır."



Әlaqәli Xәbәrlәr