Türkiyə Afrinin təhlükəsizliyi və əmin-amanlğı üçün lazımi addımları sürətlə atır

Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Beştəpə Millət, Mədəniyyət və Konqres Mərkəzində təşkil olunan Hakim və Respublika Prokurorları Püşkatma Mərasimindəki çıxışında söylədi.

933219
Türkiyə Afrinin təhlükəsizliyi və əmin-amanlğı üçün lazımi addımları sürətlə atır

Türkiyənin Baş naziri Binəli Yıldırım Beştəpə Millət, Mədəniyyət və Konqres Mərkəzində təşkil olunan Hakim və Respublika Prokurorları Püşkatma Mərasimində iştirak etdi.
 
 Baş nazir mərasimdə çıxış edərək,  Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində separatçı terror təşkilatı PKK/KCK/PYD-YPG və DEAŞ üzvlərini zərərsizləşdirmə əməliyyatı çərçivəsində Afrinin mərkəzində nəzarəti təmin etdiklərini söylədi.
 
 Bir ölkədə ədalətin bərqərar edilməsi üçün əvvəl o ölkənin təhlükəsizliyinin təmin olunmasının vacibliyini qeyd edən Yıldırım:"Afrində bundan sonra həm təhlükəsizlik, həm də əmin-amanlıq mühitinin yaradılması üçün lazımi addımları sürətlə atırıq" dedi.
 
Baş nazir bölgə xalqının Türk əsgərinə və Azad Suriya Ordusunaya böyük  məhəbbətlə yanaşdığını, bəzi xarici media orqanlarında "Zeytun Budağı" əməliyyatına qarşı böhtan kampaniyaları aparıldığını vurğuladış
 

Yıldırım sözünə belə davam etdi: "Türkiyəni günahlandırmağın şüurlu bir izahı yoxdur. Bu terror təşkilatlarını cəsarətləndirənlərin bu məsələdə Türkiyəyə söz demə haqqı  yoxdur. Qəhrəman Məhmədcik  və Azad Suriya Ordusu Afrini və ətrafını bütün terrorçulardan təmizləyib. Bütün terror təhdidləri tamamilə aradan qalxanadək bu bölgədəki mübarizəmiz davam edəcək".



Әlaqәli Xәbәrlәr