"Zeytun Budağı" əməliyyatında  yalnız PKK deyil, DEAŞ da bölgədən çıxarılır

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Suriyada davam edən "Zeytun Budağı" əməliyyatında  yalnız separatçı terror təşkilatı PKK-nın deyil,  DEAŞ-ın da bölgədən çıxarıldığını bildirdi.

927949

 Rəsmi danışıqlar aparmaq üçün Qətərin paytaxtı Dohada olan Akar Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində PKK/KCK/PYD-YPG və DEAŞ terrorçularını zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən xilas etmək üçün yanvarın 20-də başladığı "Zeytun Budağı" əməliyyatının məqsədinin bölgədə sülhü və əmin-amanlığı bərqərar etmək olduğunu vurğuladı.
 
 Akar: "Məqsədimiz bölgəni yalnız PKK-dan deyil, eyni zamanda, terror təşkilatı DEAŞ-dan təmizləməkdir. PKK/PYD-YPG-nin işğalındakı Afrindən qaçan ailələr TSQ-nin 2016-cı ildə keçirdiyi "Fərat Qalxan"ı bölgəsinə gedirlər. Bölgə DEAŞ-dan təmizlənir. DEAŞ terrorçular qiyafət dəyişdirərək PKK-nın əməliyyatlarında iştirak edirlər. Hərəkat çərçivəsində 60-a yaxın terrorçu təslim olub, yaralı terrorçular müalicə edilib" dedi.
 
Әlaqәli Xәbәrlәr