‘‘Zeytun Budağı’’ әmәliyyatında 3291 terrorçu zәrәrsizlәşdirildi
Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәlumat yayıb.
926883
Türkiyә Silahlı Qüvvәlәrinın Suriyanın Afrin bölgәsindә apardığı ‘‘Zeytun Budağı’’ әmәliyyatında zәrәrsizlәşdirilәn terrorçu sayı 3291-ә çatıb.
Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәlumat yayıb.
Mәlumatda yanvarın 20-dә başlanan әmәliyyatın davam etdirildiyi vurğulanıb.
Türkiyә Silahlı Qüvvәlәri vә Azad Suriya Ordusu әmәliyyat çәrçivәsindә Afrinin mәrkәzindә yerlәşәn 6 kәndi dә terrorçulardan azad edib.
Beləliklə, əməliyyatın əvvəlindən bu yana YPG/PKK-DEAŞ-ın işğalındakı Afrində beşi rayon mərkəzi, 135-i kənd, 31-i dә kritik әhәmiyyәt daşıyan mәntәqә olmaqla, 171 mәntәqә ələ keçirilib.