“Zeytun budağı” əməliyyatında 1485 terrorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 1485-ə çatıb.

910592

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yaydığı açıqlamada “Zeytun budağı” əməliyyatı çərçivəsində bugün quruda və havadan həyata keçirilən əməliyyatlar nəticəsində terror təşkilatları PKK/KCK/PYD-YPG və DAEŞ mənsubu daha 46 terrorçunun məhv edildiyi bildirilib.

Açıqlamada əməliyyatın başladığı 20 yanvar tarixindən bəridir zərərsizləşdirilən terrorçu sayının isə 1485-ə çatdığı qeyd edilib.

Digər tərəfdən Afrinin şimal-qərbində Kude kəndi də terror təşkilatı PYD-PKK-dan təmizlənib.

Terrorçulardan təmizlənən bölgələrdə Mehmetciyin fəaliyyətləri davam edir. Həmin çərçivədə terrorçuların yerləşdirdiyi partlayıcılar təmizlənir.  

Әlaqәli Xәbәrlәr