Qambiya prezidenti Türkiyәyә sәfәr edәcәk
Bu barәdә Dövlәt Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.
908478
Qambiya prezidenti Adama Barrov (Adama Barrov) Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanın dəvəti ilə fevralın 14-dә Türkiyәyә sәfәr edәcәk.
Bu barәdә Dövlәt Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.
Mәlumata görә, sәfәr çәrçivәsindә Әrdoğan ilә Barrov arasında tәkbәtәk görüş keçirilәcәk. Mәlumatda hәmçinin iki liderin heyәtlәrarası görüşlәrә dә sәdrlik edәcәklәri bildirilib.
Görüşlәrdә iki ölkә arasında ikitәrәfli münasibәtlәrin müxtәlif aspektlәri müzakirә olunacaq, hәmçinin aktual regional vә beynәlxalq mәsәlәlәr әtrafında fikir mübadilәsinin aparılacağı vurğulanıb.