Binәli Yıldırım: ‘‘Bu günәdәk terrorçular tərəfindən Hatay və Kilisә 94 raket atılıb’’

Türkiyәnin baş naziri Binәli Yıldırım bu günәdәk Suriya ilә həmsərhəd Hatay və Kilis şәhәrlәrinin  raket atəşinə tutulması nəticəsində 7 mülki şəxsin şәhid olduğunu,113-nün dә yaralandığını bildirib.

903421

Baş nazir Binәli Yıldırım terrorçular tərəfindən Hataya 60, Kilisә isә 34 mərminin atıldığını deyib.

Qeyd edәk ki, Binәli Yıldırım vә onu müşayiәt edәn nümayәndә heyәti Kilis Valiliyindә olub.

Daha  sonra jurnalistlәrә açıqlama verәn Baş nazir Binәli Yıldırım “Zeytun budağı” əməliyyatını idarə edən Hatay şəhərindəki ordu qərargahında olduğunu qeyd edib.

Binәli Yıldırım Kilisә etdiyi sәfәri çәrçivәsindә Çalık mәscidinә raket düşmәsi nәticәsindә şәhid olan Müzәffәr Aydәmirin ailәsinә  vә hәyatını itirәn Suriya vәtәndaşının yaxınlarına başsağlığı verdiyini ifadә edib.

‘‘Zeytun Budağı’’ әmәliyyatının planlanmış şәkildә davam etdiyini deyәn Baş nazir әmәliyyat çәrçivәsindә terrorçulara aid 538 hәdәfin mәhv edildiyini  vә 935 terrorçunun zәrәrsizlәşdirildiyini deyib.

Әlaqәli Xәbәrlәr