Prezident R.T.Ərdoğan xəbərdarlıq etdi:

Sərhədlərimiz boyu nəinki 30 min, bir terrorçu qalana qədər əməliyyatlarımız davam edəcək.

888724
Prezident R.T.Ərdoğan xəbərdarlıq etdi:

Prezidenti Rəcəb Tayyib Ərdoğan KahramanKazan rayonunda Elektrik İstehsalı Müəssisəsinin açılışında etdiyi çıxışında ABŞ-na sərt mesajlar verib.

ABŞ-ın Suriyanın şimalında 30 min nəfərlik sərhəd qüvvə yaradma planına toxunan prezident Ərdoğan vurğulayıb ki, Türkiyə əvvəlki Türkiyə deyil: “Artıq yeni Türkiyə var. Bu gün arı yuvasına çöp soxulduğunu görürük. Suriya, İraq və Avropada baş verən hadisələrin heç biri bu səhnədən uzaq deyil. Nə edirlər, etsinlər, bizə mane ola bilməyəcəklər. Bəziləri Türkiyəyə yerini sözünü bilsin deyirlər. Ancaq biz Türkiyəyik, biz sıradan bir çadır dövləti deyilik. Bu millət saraylardan doğulub. Bəzi ayağı kirlilər Suriyadan bizi təhdid edir. PYD, YPG, İŞİD hamınız birdən gəlin, nə olursunuzsa olun, hamısı başnıza dəyəcək. Bunun başqa çarəsi yoxdur. Suriyada terrorçuların məskən saldıqları əraziləri hazırda artilleriya atəşinə tuturuq və atəşə davam etdirəcəyik”.

Afrin əməliyyatından sonra Menbiç istiqamətində də əməliyyat keçiriləcək deyən preziden Ərdoğan sözlərinin davamında vurğulayıb ki, Türk Silahlı Qüvvələri ən qısa müddətdə Afrin və Menbiç məsələsini həll edəcək. Hazırlıqlarımız tamamlanıb. Əməliyyat hər an başlaya bilər. Daha sonra növbə digər ərazilərə gələcək. Sərhədlərimiz boyu nəinki 30 min, bir terrorçu qalmayana qədər əməliyyatlarımız davam edəcək.

 



Әlaqәli Xәbәrlәr