Türkiyə XİN ölkə vətəndaşlarına xәbәrdarlıq edib

Türkiyә ABŞ-a sәyahәt edәn vәtәndaşlarına xәbәrdarlıq edib.

886851
Türkiyə XİN ölkə vətəndaşlarına  xәbәrdarlıq edib

Türkiyә ABŞ-a sәyahәt edәn vәtәndaşlarına xәbәrdarlıq edib.

Türkiyә Xarici İşlәr Nazirliyi ABŞ-a sәyahәt edәcәk Türk vәtәndaşlarına  bu ölkәdә baş verәn terror vә zorakılıq olayları sәbәbindәn xәbәrdarlıq edib.

Türkiyə XİN-in ABŞ-a səyahətlə bağlı xəbərdarlığında bildirilir ki, ABŞ-da son zamanlar terror aktları və zorakılıq olaylarının artdığı müşahidə olunmaqdadır.

Eyni zamanda terror aktları ilə bərabər, avtomobillərin kütlələrin üzərinə sürülməsi, bu zaman şəhər mərkəzlərində kütləvi mədəni tədbirlər, metro stansiyaları, ictimai binalar, ibadət yerləri, hətta məktəb yataqxanalarının hədəf alınması hallarına rast gəlinir. 

Xəbərdarlıqda Türkiyədən rəsmi səfərə gedən vətəndaşların ABŞ-da qanunsuz həbs olunduğu, FETÖ terror təşkilatının üzvlərinin və terror təşkilatına rəğbət bəsləyənlərin əsassız iddiaları əsasında məhkəmələrin qərar verә bildiyi vurğulanır.



Әlaqәli Xәbәrlәr