Mövlud Çavuşoğlu:‘‘Bu qәrar yalnız müsәlmanları deyil, xristianları da narahat edir’’

Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a sәfәr etmәzdәn әvvәl fәlәstinli hәmkarı  Riad əl-Maliki ilə  Atatürk hava limanında mətbuat konfransı keçirib.

872618

Mәtbuat konfransında çıxış edәn Mövlud Çavuşoğlu Qüdslә bağlı qәtnamәnin BMT Baş Mәclisindә müzakirәyә çıxarılacağını xatırladıb.

ABŞ-ın Qüdslә bağlı qәrarından imtina etmәsi üçün  hər növ səyi göstәrәcәklәrini  deyәn  Çavuşoğlu: ‘‘Beynәlxalq hüquqa vә BMT-nin müvafiq qәtnamәlәrinә  zidd olan bu qәrarı dünya rәdd edib.  Biz də ötən hәftә  dövlәt başçımız  Rәcәb Tayyib Әrdoğanın  liderliyindә İstanbulda keçirdiyimiz İslam Әmәkdaşlıq Tәşkilatının fövqәladә iclasında  bu qәrara qarşı olduğumuzu qәti şәkildә vurğuladıq. O gün Fәlәstin-Qüds mәsәlәsini tәqib edәcәyimizi dә  bütün dünyaya demişdik. Bu qәrar sadәcә müsәlmanları deyil xristianlar da narahat edir’’deyә qeyd edib.

Әlaqәli Xәbәrlәr