“Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Qüds məsələsində qətiyyətli və güclü mövqe ortaya qoydu”

Cibutinin xarici işlər naziri Mahmud Əli Yusif  dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Qüds məsələsində ortaya qoyduğu mövqeyi təriflədi.

870230

Nazir Efiopiyanın paytaxtı Əddis Əbəbədə keçirilən “İGAD 59-cu Nazirlər Şurası”nın fövqəladə iclasından sonra açıqlama verərək deyib ki, dövlət başçısı Ərdoğan ABŞ-ın Tel-Əvivdəki səfərliyini Qüdsə köçürmə planı qarşısında gücü və qətiyyətli mövqe ortaya qoydu.

Türkiyə və Cibutinin həm Somaliyə dəstək vdrmə mövzusunda həm də regional və beynəlxalq mövzularda paralel siyasətlər izlədiyini vurğulayan Yusif ölkəsinin prezidenti İsmayıl Ömər Qullenin yaxın zamanda Türkiyəyə səfər edəciyini də söyləyib.

Səfərin məqsədinin iki ölkə münasibətlərinin inkişaf etdirilməsi olduğunu vurğulayan Cibuti xarici işlər naziri “Səfər iki ölkə arasındakı birgə əməkdaşlıqda yeni dövr başladacaq.” deyə bildirib.  

Әlaqәli Xәbәrlәr