Prezident R.T.Ərdoğan Qüds mövzusunda dünya liderləri ilə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan, ABŞ-nın Qüdsü İsrailin paytaxtı olaraq tanıma planı haqqında Malayziya baş naziri Nəcib Rezak, Tunis prezidenti El-Baci Kaid es-Sibsi və İran prezidenti Həsən Ruhani ilə telefonda görüşüb.

862502
Prezident R.T.Ərdoğan Qüds mövzusunda dünya liderləri ilə görüşüb

Prezident Ərdoğan, telefon danışıqlarında, Qüdsün İsrailin paytaxtı olaraq tanımaq cəhdinin Yaxın Şərq sülh prosesinə ağır zərbə endirəcəyini qeyd edib.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, Ərdoğan, bölgədə sülh və sabitliyin qorunması üçün 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövlətinin yaranmasının vacib olduğunu ifadə edərək, İsrailin 1980-ci il qəbul etdiyi ‘Qüdsü ilhaq qərarını’, beynəlxalq cəmiyyət və BMT-nin rədd edildiyini xatırladıb. Müsəlmanlar üçün də müqəddəs hesab edilən Qüdsün, İslam ölkələri baxımından da ən həssas məsələ olduğuna diqqət çəkib. Prezident Qüdsün statusunu dəyişdirmə planları və cəhdlərinə İslam dünyasından sərt reaksiya veriləcəyini, bunun sülh və sabitliyin qorunması uğrundakı səylərə mənfi təsir edəcəyini vurğulayıb.

Prezident Ərdoğan, baş tutan telefon danışıqlarında, Türkiyənin İslam Əməkdaşlıq Təşkilatının dövr sədri olaraq 13 dekabrda İstanbulda Fövqəladə İslam Zirvəsi təşkil edəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr