"Qərb ölkələrilə müqayisədə Türkiyə ..." R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin inkişaf nisbətinin ilin sonunda 7 faiz civarında olacağını deyib.

856245
"Qərb ölkələrilə müqayisədə Türkiyə ..." R.T.Ərdoğan

  Ankaranın Ənləri Mükafat Mərasimində iştirak və çıxış edən R.T.Ərdoğan deyib: “Türkiyə iqtisadiyyatı inkişaf edir. 2005-ci ilin əvvəlində çalışan insan sayı 6 milyon idisə, bu gün 28 milyondur… Mənim və Türkiyənin əleyhinə aparılan kampaniyalara baxmayaraq, turizm gəliri bu il 20 milyard dolları keçib. Dimdik ayaq üstündə olan ölkəmizin iqtisadiyyatını terror təşkilatları dayandıra bilməz. Türkiyə əleyhinə səylər, tarixdə olduğu kimi, yenə iflas edəcək... Qərb ölkələrilə müqayisədə Türkiyə təmiz bir keçmişə malikdir. Təbii ehtiyat və müstəmləkəçilik barədə bəlkə geri qalmış kimi görünə bilərik, amma bir gün o mənbələr bitəcək, bir gün o müstəmləkə rejimləri dağılacaq və o zaman bizim onlardan nələrdə irəlidə olduğumuz görünəcək."



Әlaqәli Xәbәrlәr