Son bir həftədə 38 terrorçu zərərsizləşdirildi

PKK terror təşkilatına istiqamətli son bir həftədə həyata keçirilən əməliyyatlarda 38 terrorçu zərərsizləşdirilib.

846456
Son bir həftədə 38 terrorçu zərərsizləşdirildi

PKK terror təşkilatına istiqamətli son bir həftədə həyata keçirilən əməliyyatlarda 38 terrorçu zərərsizləşdirilib.Türkiyənin Daxili İşlər Nazirliyi son bir həftədə həyata keçirilən əməliyyatların nəticələrini açıqlayıb.

Buna görə terror təşkilatlarına köməklik göstərdiyi və dəstək olduğu, PKK ilə əlaqəli olduğu aşkarlanan 176 nəfər saxlanılıb.

Əməliyyat zamanı xeyli miqdarda silah-sursat da ələ keçirilib.

Terror təşkilatının qış hazırlıqlarının məhv edilməsi məqsədilə 23 sentyabr-12 noyabr tarixləri arasında 12 vilayətdə həyata keçirilən əməliyyatlarda 146 sığınacaq yer, 12 mağara və 3 anbar yeri aşkarlanıb.  

Əməliyyatlarda həmçinin Fətullahçı terror təşkilatı FETÖ ilə əlaqədə olduğu müəyyən edilən 586 nəfər, DEAŞ ilə əlaqədə olduğu müəyyənləşdirilən 390 nəfər, radikal sol meyilli əlaqəli olaraq 15 nəfər saxlanılıb.



Әlaqәli Xәbәrlәr