"Türkiyə bu əsri yenidən formalaşdıracaq", R.T.Ərdoğan

AK Partiyanın Türkiyə Böyük Millət Məclisi toplantısında çıxış edən R.T.Ərdoğan deyib.

842529
"Türkiyə bu əsri yenidən formalaşdıracaq", R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan Türkiyənin bu əsri yenidən formalaşdıracaq bir quruculuq içində olduğunu söyləyib.

  AK Partiyanın Türkiyə Böyük Millət Məclisi toplantısında çıxış edən R.T.Ərdoğan deyib:

  "Regiondakı və dünyadakı proseslər əsri yenidən şəkilləndirəcək bir quruculuq içində olduğumuzu göstərir. Bütün proseslərin bizi maraqlandıran ölçüləri vardır. Biz bunları nəzərə alaraq işimizi aparırıq.

  Türkiyə ortaya qoyulan layihələrdə özünə verilən rolu qəbul etmək əvəzinə öz iradəsini ortaya qoyur.

  Türkiyənin əldə etdiyi inkişaf terror təşkilatlarının gerçək üzlərini ortaya çıxaran bir lakmus kağızı funksiyası yerinə yetirir.

  Separatçı terror təşkilatı PKK sadəcə PKK deyil. Bu təşkilat əslində xarici qüvvələrin istifadə etdiyi bir alətdir. DAEŞ İslamla əlaqəsi olmayan, əli qanlı qatillərdən ibarət olan bir sürüdür.

  Türkiyə Qərb ölkələri tərəfindən riyakar davranışlarla üzləşir, amma onların oyunları pozur.

  Oktyabrın 30-də Bakı-Tbilisi-Qars Dəmiryolu xəttini açdıq. İnşaallah, Türkiyə, bölgə və dünya üçün xeyrlərə vəsilə olar. Növbəti il Türkiyə üçün turizm baxımından çox yaxşı bir il olacaq.

  Yerli avtomobil istehsal layihəsinə başlamışıq ki, bu, Türkiyə üçün lokomotiv addımdır.

  İxrac və idxala güzəştlər gətirmişik. Gömrük və Ticarət Nazirliyimiz dünəndən etibarən idxal və ixracatda asanlıq təmin edəcək işlərə başlayıb. Artıq məhsullar cib telefonundan təqib ediləcək. Gömrüklərdə yeni sistem hər şeyin şəffaf sürətli və ucuz izlənilməsinə imkan verir. Məlum rəqəmin üzərində ixrac edən firmalara məsləhət xidməti veriləcək."



Әlaqәli Xәbәrlәr