İki dövlət başçısı arasında telefon danışığı olub

Tərəflər referendumun ləğv edilməməsinin bölgədə xaosa gətirib çıkaracağını bildiriblər.

813093
İki dövlət başçısı arasında telefon danışığı olub

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Telefon danışığında ikitərəfli əlaqələrlə yanaşı, İraq Kürd Regional Rəhbərliyinin referendum qərarı daxil olmaqla bölgədəki son hadisələr müzakirə olunub.

Tərəflər referendumun ləğv edilməməsinin regionda xaosa səbəb olacağını bildiriblər. Hər iki lider İraqın ərazi bütövlüyünə böyük əhəmiyyət verdiklərini vurğulayıb.

Görüşdə Dövlət başçısı Ərdoğanın 4 oktyabrda İrana edəcəyi səfərə də toxunulub. Sözügedən səfər münasibətilə, 2014-ci ildən bu yana hər il müntəzəm olaraq keçirilən Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının IV toplantısının da icra ediləcəyi qeyd olunub.

Bu arada referendumun əvvəl İraqda da vəziyyətin gərginləşməkdə davam etdiyi bildirilir.



Әlaqәli Xәbәrlәr