Türkiyə ehtiyacı olan hər kəsə yardım əlini uzadır

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının Facebook səhifəsində yayımlanan proqramında səsləndirdi.

809503
Türkiyə ehtiyacı olan hər kəsə yardım əlini uzadır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının Facebook səhifəsində yayımlanan proqramında Türkiyənin humanitar yardımları ilə əlaqədar məlumat verdi.

Çavuşoğlu proqramda humanitar yardımların ölkəsi üçün əhəmiyyətli mövzu olduğunu dilə gətirdi, Türkiyənin 2016-cı ildə humanitar yardım məsələsində ABŞ-dan sonra ikinci yerdə, milli gəlirə görə yardım nisbətində isə birinci yerdə olduğunu  xatırlatdı.

Nazir ölkəsinin kiçik ada dövlətlərindən Asiyaya, Afrikaya qədər, yardıma ehtiyacı olan bütün insanlara əl uzatdığını söylədi.

Çavuşoğlu Türkiyənin Myanma və Banqladeşdəki yurdlarından-yuvalarından didərgin salınmış insanlara yardımından da danışdı, ölkəsinin Mərkəzi Amerikada qasırğalardan, Afrikada quraqlıqdan əziyyət çəkənləri də unutmadığını bildirdi.

Xarici işlər naziri Türkiyənin  Suriya qaçqınları üçün 30 milyard xərclədiyini, beynəlxalq ictimaiyətdən isə çox az dəstək aldığını bildirdi, Avropa İttifaqının 3 milyard avroluq yardım sözünü xatırlatdı.

Çavuşoğlu:” Bu günədək 800 milyon avroluq töhvələri oldu. Bu rəqəm 2016-cı ildə söz verdikləri məbləğin 25%-dir. 2017-ci ilin sonuna yaxınlaşırıq. Qaçqınlar məsələsində kifayət qədər dəstək aldığımızı söyləyə bilmərəm.Hamı qaçqınlar üçün ən yaxşı düşərgələrin Türkiyədə qurulduğunu söyləyir. Beynəlxalq ictimaiyyət daha çox həmrəylik nümayiş etdirməli və dəstək məsələsində daha həssas olmalıdır. Türkiyədə məktəbli yaşlarında olan suriyalı uşaqların sayı təxminən 900 mindir. Onlar üçün yeni siniflər açmalıyıq. Suriyanın gələcək nəsillərini itirə bimərik” dedi.

 

 



Әlaqәli Xәbәrlәr