Ərdoğan-Abbas görüşü

Fələstin lideri Mahmud Abbas ilə Prezident Aparatında görüşən Ərdoğan:"İsrail işğal təşəbbüslərinə son qoymalıdır. İki dövlətli həll yalnız Fələstinin deyil, İsrailin də xeyrinədir" dedi.

798274
Ərdoğan-Abbas görüşü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Məscidi-Əqsa gərginliyi ilə əlaqədar reaksiyasını ilk andan etibarən hər fürsətdə ortaya qoyduğunu və problemin həlli üçün çalışdığını söylədi.

Fələstin lideri Mahmud Abbas ilə Prezident Aparatında görüşən Ərdoğan:"İsrail işğal təşəbbüslərinə son qoymalıdır. İki dövlətli həll yalnız Fələstinin deyil, İsrailin də xeyrinədir" dedi.

Görüşlərə MİT rəhbəri Hakan Fidan və Prezident Aparatı baş katibinin müavini və sözçüsü İbrahim Kalın da qatıldı.

Burgə mətbuat konfransında Fələstin lideri Mahmud Abbas Türkiyənin problemin həlli yolunda göstərdiyi sağlam mövqeyə görə prezident Ərdoğana təşəkkür etdi.

Mahmud Abbas Fələstin xalqının Qəzzada dövlət qurulmasını əsla qəbul etməyəcəyini söylədi.

 

 

 

 



Әlaqәli Xәbәrlәr