Mahmud Abbas Türkiyədə rəsmi səfərdədir

Fələstin lideri Mahmud Abbas prezident Rəcəb Tayyib Ərdoğanın dəvətilə Türkiyədə rəsmi səfərdədir.

798083
Mahmud Abbas Türkiyədə rəsmi səfərdədir

Fələstin lideri Mahmud Abbas prezident Rəcəb Tayyib Ərdoğanın dəvətilə Türkiyədə rəsmi səfərdədir.
 
 Mahmud Abbası və onu müşayiətt edən  nümayəndə heyətini  Ankara Esenboğa Hava Limanında elm, sənaye və texnologiya naziri Faruk Özlü qarşıladı.
 
 Fələstin lideri 3 günlük səfəri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan ilə bir araya gəldi.
 
 Prezident Ərdoğan Mahmud Abbası Prezident Kompleksinin əsas giriş qapısında qarşıladı.
 
 Qarşılama mərasimində tarixdə qurulan 16 Türk dövlətini təmsil edən bayraqlar və əsgərlər də vardı.
 
 Mərasimdə Prezident Aparatının baş katibi Fəxri Kasırqa, Ankara Valisi Ercan Topaca, Ankara şəhərinin bələdiyyə sədri Melih Gökçek, MİT rəhbəri Hakan Fidan, Prezident Aparatı baş katibinin müavini və sözçüsü İbrahim Kalın da iştirak edirdilər.

Mərasimdən sonra Ərdoğan və Abbas  təkbətək görüş keçirdilər.
 
 Keçirilən görüşlərdə Türkiyə ilə Fələstin arasında ikitərəfli əlaqələr müzakirə olundu, fələstinlilər arasında barış və sülh prosesinin canlandırılması məsələsi üzərində duruldu.



Әlaqәli Xәbәrlәr