Bəkir Bozdağ: “Beynəlxalq ictimaiyyət Myanmadakı qətliamlara səssiz qalmamalıdır”

Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Myanmadakı qətliamı şiddətlə qınadıqlarını qeyd edərək, "BMT, BMT Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyət soyqırımı xatırladan bu qırğınlara səssiz qalmamalıdır" dedi.

798118
Bəkir Bozdağ: “Beynəlxalq ictimaiyyət Myanmadakı qətliamlara səssiz qalmamalıdır”

Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Myanmadakı qətliamı şiddətlə qınadıqlarını bildirdi.

Myanmadakı hadisələrdə həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı və səbr, yaralılara şəfa diləyən Bozdağ: "Myanmadakı soyqırımı xatırladan qətli qətiyyətlə qınayırıq. Artan zorakılıq, ölümlər və yaralılara görə böyük kədər, narahatlıq hissi keçiririk. Rakhayn əyalətində problemlərin güc yolu ilə həll edilə bilməyəcəyini dəfələrlə vurğuladıq. BMT, BMT Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyət soyqırımı xatırladan bu qırğınlara səssiz qalmamalıdır" dedi.

 "Türkiyə dünyanın hər yerində olduğu kimi, Myanmada da haqqı deməyə, məzlumun yanında olmağa davam edəcək" deyə bildirən Bozdağ   bəşəriyyətin yaşadığını göstərməyin indi tam zamanı olduğunu vurğuladı.



Әlaqәli Xәbәrlәr