Yardım Qurban bayramından öncə çatdırılacaq

Türkiyədən Qətərə ərzaq yüklənmiş ikinci gəmi sentyabrın 1-də başlayacaq Qurban bayramından əvvəl çatacaq.

790348
Yardım Qurban bayramından öncə çatdırılacaq

Türkiyədən Qətərə ərzaq yüklənmiş ikinci gəmi sentyabrın 1-də başlayacaq Qurban bayramından əvvəl çatacaq.

Körfəz ölkələrinin embarqo mühasirəsinə saldığı Qətərə ərzaq aparacaq ikinci gəmi İzmirin Aliağa qəsəbəsindəki limandan hərəkət etmək üçün hazırlaşır.

Quru ərzaq, meyvə və tərəvəzin yükləndiyi ikinci gəminin avqustun 16-də hərəkət etməsi və Doha lamad limanına avqustun 26-da lövbər salması planlaşdırılır.

Qətərə gədəcək üçüncü gəminin də Qurban bayramından sonra hərəkət etməsi nəzərdə tutulur.

Qətərlilər Türk məmullarını rəğbətlə qarşılayır. Supermarketlər ümumilikdə Türk məmulları satmaq istəyir.

Süd, yumurta, meyvə və tərəvəz kimi müxtəlif qida maddələrinin olduğu ilk ərzaq gəmisi iyunun 22-də İzmirin Aliağa qəsəbəsindən hərəkət etmiş iyunun 25-də isə Qətərə çatmışdı.



Әlaqәli Xәbәrlәr