R.T.Әrdoğan Səudiyyə Ərəbistanı, Küveyt və Qətərə sәfәr edәcәk

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan bu gün Sәudiyyә  Səudiyyə Ərəbistanı, Küveyt və Qətərə sәfәr edәcәk.

775399
R.T.Әrdoğan Səudiyyə Ərəbistanı, Küveyt və Qətərə sәfәr edәcәk

 

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan bu gün Sәudiyyә  Səudiyyə Ərəbistanı, Küveyt və Qətərə sәfәr edәcәk.

Mәlumata görә, dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanın üç ölkәdә keçirәcәyi görüşlәrdә ikitәrәfli münasibәtlәr, regional vә beynәlxalq mәsәlәlәr ilә Qәtәr böhranının hәll edilmәsi üçün atılacaq addımlar müzakirә olunacaq.

Bu barәdә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib. Mәlumatda dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanın 23-24 iyul tarixlәrindә Sәudiyyә Әrәbistanı, Küveyt vә Qәtәrә sәfәr edәcәyi bildirilib.

Dövlәt başçısının Sәudiyyә Әrәbistanına edәcәyi sәfәri çәrçivәsindә kral Sәlman bin Әbdülәziz Әl Suud ilә görüşәcәyi, hәmçinin  Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, baş nazirin müavini  və müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Әl Suudu da qәbul edәcәyi bildirilir.

Rәcәb Tayyib Әrdoğanın Küveytdә Әmir Şeyx Sabah әl-Әhmәd әl-Cabir es-Sabahla, Qәtәrdә isә Әmir Şeyx Tәmim bin Hәmad Әl Sani ilә bir araya gәlәcәyi qeyd olunub.

Görüşlərdə ikitәrәfli münasibәtlәrin müzakirә olunması, hәmçinin  regional və beynəlxalq proseslər әtrafında  fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Görüşlәrdә hәmçinin Qәtәr böhranının hәll edilmәsi üçün atılacaq addımlar müzakirә olunacaq.  



Әlaqәli Xәbәrlәr