R.T.Әrdoğan Atatürk Hava Limanında açıqlamalar verib

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan körfәz ölkәlәrinә sәfәr etmәzdәn әvvәl İstanbul Atatürk Hava Limanında jurnalistlәrә açıqlamalar verib.

775769

Qüdsdə baş verən gərginliyin sona çatdırılması üçün Türkiyənin sәy göstәrdiyini bildirәn Rәcәb Tayyib Әrdoğan  İsrailә hüquq vә təmayüllərə uyğun  şәkildә davranması ilә әlaqәdar çağırış edib.

Türkiyә ilә Almaniya arasındakı gәrginliyә dә toxunan dövlәt başçısı Türkiyәdә  terror hadisәlәrindә iştirak edәnlәrin Almaniyada qorunduğunu xatırladıb.

"Fәtullahçı terror təşkilatı FETÖ mənsubları  Almaniyada fәaliyyәt göstәrir. Aramızda ekstradisiya müqaviləsi olmasına baxmayaraq ekstradisiya edilmirlәr. Separatçı terror təşkilatı PKK ilə bağlı Almaniyaya 4 min 500 sәnәd göndәrilib’’,-deyә Türkiyәnin dövlәt başçısı qeyd edib.

Almaniya mənşəli şirkətlər haqqında istintaq başladıldığına dair iddiaları təkzib edәn dövlәt başçısı bir çox xarici ölkәdә FETÖ ilә әlaqәsi olan Türk şirkәtlәrinә qarşı isә әmәliyyatların davam etiyini bildirilib.

Әlaqәli Xәbәrlәr