Küveyt İranın 15 diplomatına ölkəni tərk etmək barədə göstəriş verib

İngiltərə və Fransa xəbər agentliklərinin məlumata görə, 15 İranlı diplomatı ölkədən çıxaran Küveyt həmçinin İranın ölkədəki hərbi və mədəniyyət attaşeləri aparatını bağlayıb

774400
Küveyt İranın 15 diplomatına ölkəni tərk etmək barədə göstəriş verib

 Məsələyə münasibət bildirən Küveytin informasiya naziri bildirib ki, ölkənin hüquqlarını müdafiə etmək üçün İran diplomatiyasının nümayəndələrinə qarşı diplomatik addımlar atılıb. İranlı diplomatlar 45 gün ərzində Küveyti tərk etməlidirlər. Bununla da ölkədə İrandan cəmi 4 diplomat qalmış olur. Digər tərəfdən Küveyt hökuməti İranla bütün hökumətlərarası komitələrin işini dayandırır. Bazar günü Küveytdə məhkəmə hökmü oxuduqdan sonra bu cür radikal addımlar atılıb. Belə ki, məhkəmə “Əl-Abdali” qruplaşmasının hücrələrinin üzvlərini həbsə atıb. İttihamçı tərəf iddia edib ki, silahlılar İranda “Hizbullah” qruplaşmasının rəhbərliyi altında təlim keçiblər.



Әlaqәli Xәbәrlәr