"Bunu deyirəm və altından xətt çəkirəm", R.T.Ərdoğan

G 20 Liderlər Sammitindən sonra Hamburqda təşkil edilən mətbuat konfransında tədbirin ən əhəmiyyətli mövzularından birinin terrorla mübarizə olduğunu söyləyən Ərdoğan deyib...

767189
"Bunu deyirəm və altından xətt çəkirəm", R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan terror təşkilatı üzvlərinin Qərb ölkələrini liman olaraq gördüyünü bildirərək: "Terror təşkilatlarının dəstəklənməsinə səssiz qalmayacağıq", - dedi.

  G 20 Liderlər Sammitindən sonra Hamburqda təşkil edilən mətbuat konfransında tədbirin ən əhəmiyyətli mövzularından birinin terrorla mübarizə olduğunu söyləyən Ərdoğan deyib:

  “Toplantıda qloballaşan terror təhdidiylə mübarizə, terror təşkilatları qarşısında primitivlik, tutarlı və qərarlı duruş mövzuları müzakirə olundu. Amma “Terror təşkilatlarına qarşı ikili standart aradan qalxmadan, beynəlxalq iş birliyi və həmrəyliyi təmin edilmədən bu yolda məsafə qət etmək mümkün deyil” deyirəm və altından xətt çəkirəm.

  Ölkəmizdə cinayət etmiş, terror törətmiş, günahsız insanların qanını tökmüş adamlar himayə olunur, qorunub istifadə edilir. Təəssüf ki, belə görürük. Bunun ən konkret nümunəsi ölkəmizdən qaçan fetöçü terrorçularıyla bağlıdır. Onlar Qərb ölkələrini özlərinə etibarlı liman hesab edirlər.

  Sərhədlərimizin daxilində və dibində PKK/PYD terror təşkilatlarının dəstəklənməsi, silahlandırılması, bölgədə terror adacıqları yaradılmasına səssiz və reaksiyasız qalmayacağıq. Türkiyənin ölkə təhlükəsizliyinə təhdid olan bütün belə hərəkətlərə qarşı qanuni müdafiə haqqımızı istifadə etməkdən çəkinməyəcəyik.

  Dünən bölgəyə paylanan, bu gün lüləsi bizə sarı yönəldilən silahlar sabah dünyanın başqa yerlərinə tuşlanacaq, əminəm.

  Digər məsələ: Türkiyənin suriyalı qaçqınlara etdiyi maddi yardım 30 milyard dollara çatıb, Avropa İttifaqı isə verdiyi sözə əməl etmir.

  Sonunda anlaşma əldə edilməyən Kıprıs müzakirələri də kədər doğurdu.

  Türkiyənin və türk tərəfinin fədakar səyləri layiq olduğu qarşılığı görmədi. Amma Türkiyə yenə problemin həllinə çalışacaq.

  Bir yandan da Qətərlə mücadilə başlanıb. Bu ölkəyə iitihamları haqsızlıq hesab edirik və sanksiyalar tətbiq etmək yanlışdır. "Dünyadakı hər ölkə kimi Qətərin də suverenliyinə hörmət edilməlidir".

  Sentyabrda İraq Kürd Regional Rəhbərliyinin referenduma gedəcəyinə də münasibətimiz yaxşı deyil. Biz ölkənin birliyi, bərabərliyi, bütövlüyü tərəfdarıyıq."



Әlaqәli Xәbәrlәr