"Xəritə və torpaq məsələsi yalnız bu şərtlərlə müzakirə edilə bilər", N.Kurtulmuş

Türk cəmiyyəti zəmanət altına alınmadan Türkiyə təhlükəsizlik mövzusunda geri addım atmayacaq, mövqeyini dəyişməyəcək

763726
"Xəritə və torpaq məsələsi yalnız bu şərtlərlə müzakirə edilə bilər", N.Kurtulmuş

  Türkiyənin Baş nazir müavini və hökumət sözçüsü Numan Kurtulmuş Kıbrız müzakirələrində türk cəmiyyəti zəmanət altına alınmadan geri addım atılmayacağını söylədi.

  Ankara Çankaya Köşkündə keçirilən Nazirlər Kabinetinin toplantısından sonra N.Kurtulmuş İsveçrənin Krans Montana şəhərində davam edən Kıbrız konfransıyla əlaqədar Türkiyənin ədalətli və qalıcı sülh tərəfdarı mövqeyini davam etdirdiyini vurğulayıb: "Türk cəmiyyəti zəmanət altına alınmadan Türkiyə təhlükəsizlik mövzusunda geri addım atmayacaq, mövqeyini dəyişməyəcək. Xəritə və torpaq məsələsi isə Türkiyənin bu zəmanətlər və təhlükəsizlik yanaşmaları çərçivəsində müzakirə edilə bilər."

  Qətər böhranına də toxunan nazir böhranın dərin, köklü, həlledilməz deyil, quraşdırılmış və süni bir böhran olduğunu söyləyib: “Böhran dərinləşərsə, bundan bir tək ölkə deyil, bölgədəki bütün ölkələr zərər çəkər… Türkiyənin Qətərdə hərbi bazası yalnız Qətərin deyil, bölgənin təhlükəsizliyilə əlaqədar məsələdir. Regional təhlükəsizliyin bir parçası olaraq Türkiyənin Qətərdə hərbi bazası vardır. Türkiyənin oradakı hərbi varlığı davam edəcək. Türkiyənin hərbi varlığını Səudiyyə Ərəbistanı və Qətər arasındakı siyasi böhranla əlaqələndirmək son dərəcə səhv nəticələr doğurar."

  Numan Kurtulmuş ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın Almaniyanın Hamburq şəhərində 7-8 iyulda ediləcək G -20 Zirvə Toplantısında iştirakıyla bağlı isə deyib: “Bəzi Almaniya siyasətçiləri Ərdoğanın Almaniyada Türkiyə vətəndaşlarıyla bir araya gəlməsini istəmir. Amma rəhbərimiz öz proqramı ilə gedəcək".



Әlaqәli Xәbәrlәr