Ərdoğan:"Türkiyə Körfəzdəki bütün qardaşlarının ikinci evi olmağı davam edəcək"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  İstanbulda Türkiyə İxracatçılar Məclisinin  (TİM) toplantısında çıxış etdi.

754709
Ərdoğan:"Türkiyə Körfəzdəki bütün qardaşlarının ikinci evi olmağı davam edəcək"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  İstanbulda Türkiyə İxracatçılar Məclisinin  (TİM) toplantısında çıxış etdi.

Prezident çıxışında Qətər ilə bəzi Ərəb ölkələri arasındakı böhrandan danışdı, Türkiyənin bu məsələdə  ədalət prinsipindən çıxış edərək davrandığını bildirdi.
 
 Ərdoğan Qətərə qarşı ittihamların və sanksiyaların tətbiqinin doğru olmadığını söylədi və:"Körfəzdəki  qardaşlarımızın öz aralarında daha güclü bir həmrəylik nümayiş etdirmələrini gözləyirik. Böhranın həlli ilə bilavasitə və bilvasitə bağlı olan bütün tərəflərlə görüşdük, görüşməyə davam edirik. Bu məsələnin bayrama qədər həll olunmasını arzu edirik" dedi.
 
 Türkiyə prezidenti ölkəsinin Səudiyyə Ərəbistanı başda olmaqla, Körfəz bölgəsindəki ölkələrin hamısı ilə çoxşaxəli və güclü əlaqələrə malik olduğunu qeyd etdi.
 
 Ərdoğan Səudiyyə Ərəbistanının Körfəz böhranının açarı olduğunu vurğuladı və bu ölkənin böhranı tez bir zamanda həll etməyə qadir olduğuna inandığını dedi.
 



Әlaqәli Xәbәrlәr