Türkiyə Silahlı Qüvvələrinin hava əməliyyatında 21 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) İraqın şimalındakı Zap və Hakurk bölgələri ilə Van və Siirtdə keçirdikləri hava əməliyyatında 21 terrorçu məhv edilib.

751978

TSQ-nın yaydığı məlumatda bildirilib ki, ötən gün axşam terror təşkilatı PKK-ya istiqamətli Siirtin Pervari qəsəbəsinin çölündə havadan dəstəklənən əməliyyat keçirilib.

Əməliyyat çərçivəsində Hava Qüvvələri Komandirliyinə məxsus döyüş təyyarələri terrrorçular tərəfindən istifadə olunan 10 sığınacaq yeri ilə bir ərzaq anbarını məhv edib, ilk məlumatlaraə görə 1 terrorçu da zərərsizləşdirib.

Əməliyyatdan sonra təyyarələr bazalarına qayıdıblar.

 Türkiyə Silahlı Qüvvələrinin dünən İraqın şimalındakı Zap və Hakurk bölgələrilə yanaşı Vanın Gevaş qəsəbəsi ərazilərində terror hədəflərinə istiqamətli təşkil edilən hava əməliyyatlarında isə 20 terrorçu məhv edilib.

Әlaqәli Xәbәrlәr