"FETÖ-yә qarşı mübarizә qәtiyyәtlә davam edәcәk", R.T. Ərdoğan

Özəl Hərəkat İdarəsindә keçirilәn iftar proqramında iştirak edәn dövlәt başçısı Rəcəb Tayyib Ərdoğan FETÖ-yә qarşı mübarizәnin qәtiyyәtlә davam edәcәyini deyib.

748016
"FETÖ-yә qarşı mübarizә qәtiyyәtlә davam edәcәk", R.T. Ərdoğan

Türkiyәnin dövlәt başçısı Rəcəb Tayyib Ərdoğan  iyulun 15-dә  xain dövlәt çevrilişinə cәhd edәn Fәtullahçı Terror Təşkilatı Paralel Dövlət İdarәçiliyinә üzv əli qanlı qatillərin onları gözlәyәn acı aqibətdən xilas ola bilmәyәcәklәrini  vurğulayıb.

Özəl Hərəkat İdarəsindә keçirilәn iftar proqramında iştirak edәn dövlәt başçısı FETÖ-yә qarşı mübarizәnin qәtiyyәtlә davam edәcәyini deyib.

Dövlәt başçısı çıxışı zamanı 15 iyulda yaşanan hadisәlәrә toxunaraq: ‘‘FETÖ üzvü xainlәr  bu mәkana  terror tәşkilatı PKK-ya qarşı belә istifadә olunmayan 650 kq. helium bombası ilә hücum etdilәr’’ deyib.

"Bizim  bu ölkədən başqa vətənimiz yoxdur. Bәzilәrinin gizli başqa vәtәni ola bilәr. Amma bizim yoxdur. Bu sәbәbdәn iyulun 15-dә  vәtәnimiz uğruna mübarizә aparıb  ölmәyә  üstünlük verdik’’,- deyә dövlәt başçısı qeyd edib.



Әlaqәli Xәbәrlәr