XİN, Qətər ilə  əlaqəlirin dayandırılması qərarına  reaksiya verib

7 ölkənin Qətər ilə siyasi əlaqələrə son qoyma qərarından Türkiyə narahatdır.  Bunu   Xarici  işlər   naziri  Çavuşoğlu  deyib.

746000
XİN, Qətər ilə  əlaqəlirin dayandırılması qərarına  reaksiya verib

Çavuşoğlu Ankarada səfərdə olan Almaniya xarici işlər naziri Qabriel ilə təşkil etdiyi mətbuat konfransında: “Hər nə olarsa olsun ölkələr arasındakı dialoq davam etməlidir ki problemlər sülhpərvər yollardan həll ediləbilsin. Mövcud vəziyyəti kədərlə qarşıladıq. Qətər ilə bu ölkələr arasındakı əlaqələrin yenidən normallaşması uğrunda lazımlı addımları atmaqda hazırıq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Bəhreyn bu gün səhər, Qətər ilə siyasi əlaqələrə son qoyulmasını nəzərdə tutan qərar qəbul etdiklərini açıqlayıb.

Qətəri terrora dəstək verməkdə ittiham edən Səudiyyə Ərəbistanı və Bəhreyni, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviya və Maldiv adaları izləyib.



Әlaqәli Xәbәrlәr