ABŞ-da tanınmış türklərə mükafatlar verildi

Amerika - Türk Cəmiyyətinin hər il Türk - Amerika dostluğu şərəfinə təşkil etdiyi mükafatvermə mərasimində ABŞ-da yaşayan tanınmış türklərə mükafatlar verildi.

743886
ABŞ-da tanınmış türklərə mükafatlar verildi

  Amerika - Türk Cəmiyyətinin hər il Türk - Amerika dostluğu şərəfinə təşkil etdiyi mükafatvermə mərasimində ABŞ-da yaşayan tanınmış türklərə mükafatlar verildi.

  Dünya səviyyəsində tanınmış musiqiçi Əhməd Ertəgünün uzun müddət rəhbərlik etdiyi Amerika Türk Cəmiyyətinin (American Turkish Society-ATS) bu ilki mükafatvermə mərasimində ABŞ-da yaşayan məşhur türk ürək-damar cərrahı Mehmed Öz "Yemək Səbəti"nin qurucularından biri və icraçı direktoru Nevzat Aydına və "Endometriosis Foundation of America"nın yaradıcısı dr. Tamer Seçkinə mükafat təqdim etdi.

  Şəhidlərə görə mərasimə qatıla bilməyən Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu və New York baş konsulu Ertan Yalçın da mərasimdə mükafat alanlara təbrik məktubu göndərdilər.

ABŞ-ın keçmiş Ankara və Bağdad səfiri James Jeffreyin də iştirakçılar arasında olduğu gecədə ABŞ prezidenti Donald Trumpın keçmiş həyat yoldaşə Marla Maples də vardı.

Mərasimdə bu il ilk dəfə "Gənc Cəmiyyət Liderləri Qrupu" (YSL) fəxri mükafatları da təqdim edildi.

Gənc Cəmiyyət Liderlərinin Qlobal Fəxri Mükafatı Metropolitan Muzeyindəki Səlcuqlu sərgisinin kuratoru, muzeyin İslam kuratorlarından biri olan Dr. Dəniz Beyazıta verildi.

YSL Qrupuna 2012-ci ildə seçilən Dr. Beyazıt  2016-cı ildə Metropolitan Muzeyində açılan və dünyada ən əhatəli Səlcuqlu əsərləri sərgisi üçün apardığı tədqiqatlara görə mükafata layiq görüldü.

Platformanın ilk qurucularından olan iş qadını Aslı Aya da "Gənc Cəmiyyət Liderləri" fəxri mükafatı verildi

 



Әlaqәli Xәbәrlәr