Türkiyə  Əfqanıstandakı  terror aktını lənətləyib

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Əfqanıstanın paytaxtı Kabildə diplomatik nümayəndəliklərin yerləşdiyi ərazinin hədəf götürüldüyü terror aktını lənətləyib.

743101
Türkiyə  Əfqanıstandakı  terror aktını lənətləyib

Çavuşoğlunun məlumatına görə terror aktının törədildiyi bölgədə yerləşən Türkiyənin Kabil səfirliyindəki personal, binadan azad edilib. Ancaq binanın bəzi hissələri yıxılıb.

Xarici İşlər Nazirliyindən mövzuyla əlaqədar verilən yazılı açıqlamada: “Xain hücum nəticəsində çox sayda adamın həyatını itirdiyini və ya yaralandığını kədərlə öyrəndik. Bu mənfur terror hücumunu lənətləyir, ölənlərin ailələrinə, Əfqanıstan hökumətinə və qardaş Əfqan xalqına başsağlığı verir, yaralılara təcili şəfa diləyirik. Türkiyə terrorizmlə mübarizədə dost və qardaş Əfqanıstan xalqı və hökumətinin yanında olmaqda davam edəcək” deyə vurğulanıb.



Әlaqәli Xәbәrlәr