Cənubda dəniz, şərqdə xizək səfası

Palandökəndə ilin 12 ayı turizm imkanı...

741899
Cənubda dəniz, şərqdə xizək səfası
antalya turist.jpg
antalya tanıtım.jpg
antalya tanıtım.jpg
İranlı Turistler Palandöken14.jpg
Palandöken
turizm bodrum.jpg

Türkiyənin Ərzurum vilayətinin ərazilərində yerləşən Palandökən dağı qış turizm mərkəzlərindən biridir. Palandökəndəki Konaklı xizək mərkəzinə gələn bir qrup alpinist yay mövsümünə az günlər qalmış xizək minməyin səfasını çəkdi.

DADAK Təbiət İdmanları Klubunun üzvü alpinistlər və bir qrup xizeksevərlər Ərzurum-Çak şose yolu üzərində yerləşən və şəhər mərkəzinə 22 km məsafədəki Palandökən dağında bir araya gəldi. Onlar bir mətrə yaxın qarın olduğu təpəyə dırmanıb xizək mindilər. Türkiyənin cənubunda isə insanlar dənizdə çimir.

Palandökəndə ilin 12 ayı turizm imkanı

DADAK Təbiət İdmanları Klubunun sədri Mustafa Təkin Anadolu xəbər agentliyi müxbirinə açıqlama verərək deyib ki, may ayının son günləri  və ramazan ayının ilk günlərində xizək minməyə imkan olduğuna görə çox xoşbəxtik. Palandökən ilin hər ayı üçün turizmə uyğun imkanlar təqdim edir. Hal-hazırda bölgədə bir mətrə yaxın qar var. Hələ də xizək minirik. Bundan sonrakı  günlərdə Palandökəndə yürüşlər olacaq, velosipedlərə miniləcək. İnsanlar ilin hər mövsümündə bölgəyə gələrək idmanın hər hansı növü ilə məşğul olmaq imkanı tapa bilərlər.



Әlaqәli Xәbәrlәr