R.T Ərdoğan Trumpla keçirdiyi görüş haqqında mətbuata açıqlama verdi

Dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti  Donald Trumpla keçirdiyi görüşdә sonra Türkiyənin Vaşinqtondakı səfirliyində jurnalistlərlə bir araya gəldi.

734503
R.T Ərdoğan Trumpla keçirdiyi görüş haqqında mətbuata açıqlama verdi

Türkiyәnin dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğan mayın 16-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Trumpla keçirdiyi görüşdә sonra Türkiyənin Vaşinqtondakı səfirliyində jurnalistlərlə bir araya gəldi.

Jurnalistlәrә Trumpla keçirdiyi görüşlә bağlı mәlumat verәn dövlәt başçısı  bildirib ki:  ''Donald Trumpa   terror tәşkilatı PKK-nın Suriyadakı qolu olan YPG/PYD  Türkiyәyә hücum tәşkil edәrsә heç kimdən soruşmadan dövlətlərin təhlükələr qarşısında özünü müdafiə etmə əsasları çərçivəsində vurarıq dedim'' deyib.

Dövlәt başçısı Әrdoğan: ‘‘Biz Rai, Cerablus  vә Әl Babda  bunarı etdik. Türkiyә  ne edә bilәcәyini hәr kәsә göstәrdi.Terror tәşkilatlarına qarşı birgә mübarizә aparaq dedik. Tәәssüf ki, bunu etmәdilәr. ‘‘Münbiçi terrorçulardan azad etdik’’ dedilәr amma belә  bir şey olmadı. Hәlә ki, hәmin әrazidәdirlәr. Münbiçi vә  Rakkanı terrorçulardan tәmizlәdiyiniz zaman ora kim yerlәşәcәk? Oranın yerli әhalisi kimdir? Әrәblәrdir. Siz oraları kürdlәrlәmi dolduracaqsınız? ‘’ deyib.

Hәm  Münbiçdә, hәm dә  Rakkada terrorla mübarizə məsələsində məqsədəuyğun addımların atılmasını arzu etdiklәrini bildirәn dövlәt başçısı: ‘‘Türkiyə olaraq hәm ölkә daxilindә, hәm dә xaricindә terrorla mübarizә etmәyә qәtiyyәtlә davam edәcәyik’’ deyib.

Suriya mәsәlәsindә dә ABŞ-ın Türkiyәyә müraciәt  edәcәyini vurğulayan Rәcәb Tayyib Әrdoğan: ‘‘Hazırda Rakkanı mühasirә altına alıblar. Nә olacağını görәcәyik. Yaxın zamanda NATO zirvәsi keçirilәcәk. Zirvәnin gündәmindә terrorla mübarizә mәsәlәsi olacaq. Bu mövzular orda da müzakirәyә çıxarılacaq’’

Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan D. Trumpla keçirdiyi görüşdә  iqtisadi mәsәlәlәr vә FETO  məsələsini  dә  müzakirә etdiklәrini qeyd edib.



Әlaqәli Xәbәrlәr