PKK terror təşkilatı  mənsubu 16 terrorçu məhv edildi

İraqın şimalı və Türkiyənin Hakkari vilayəti ərazilərində müəyyən edilən terror hədəfləri hava əməliyyatı nəticəsində məhv edilib.

734155
PKK terror təşkilatı  mənsubu 16 terrorçu məhv edildi

İraqın şimalı və Türkiyənin Hakkari vilayəti ərazilərində müəyyən edilən terror hədəfləri hava əməliyyatı nəticəsində məhv edilib.

Hədəflərin  tamamilə məhv edildiyi əməliyyatlarda PKK terror təşkilatı  mənsubu 16 terrorçu məhv edilib.

Sərhəddən kənarda terrorçuların yerləşdiyi sığınacaq yerlərindən sərhəd məntəqələrindəki polis mərkəzləri və bazaların yerləşdiyi bölgələrə hücum ediləcəyi barədə məlumatın alınmasından sonra Türkiyə Hava Qüvvələrinə məxsus qırıcılar əməliyyat keçirib.

İraqın şimalında Zap və Metina bölgəsində kəşfiyyat və nəzarətlər nəticəsində terror hədəfləri müəyyənləşdirilib.  

Bölgə qırıcılar və silahlı insansız hava aparatları ilə atəşə tutulub və məhv edilib.  İlk məlumatlara əsasən 11 terrorçu məhv edilib.

Türkiyənin Hakkari vilayətinin ərazilərində də hava əməliyyatı həyata keçirilib və hücum üçün hazırlaşan 5 terrorçu zərərsizləşdirilib. Terror təşkilatı PKK-ya qarşı qurudan da əməliyyatlar davam etdirilir.

Mardin vilayətinin Midyat qəsəbəsində həyata keçirilən əməliyyatda isə PKK ilə Fətullahçı terror təşkilatı FETÖ arasındakı əməkdaşlıq bir daha gün işığına çıxıb. Evlərdən birində  aparılan axtarış nəticəsində PKK terror təşkilatının təbliğatını aparan nəşriyyatlar və FETÖ-yə məxsus kitablar ələ keçirilib. Saxlanılan 1 nəfər həbsxanaya göndərilib.



Әlaqәli Xәbәrlәr