Suriyanın Rakka bölgəsinə əməliyyat müzakirə olunacaq

B.Yıldırım Beynəlxalq Somali Konfransına getdiyi İngiltərənin paytaxtı Londonda jurnalistlərə açıqlamalar verib.

731418
Suriyanın Rakka bölgəsinə əməliyyat müzakirə olunacaq

  Türkiyənin Baş naziri Binəli Yıldırım ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın 16 mayda ABŞ prezidenti Donald Trampla görüşü zamanı Suriyanın Rakka bölgəsinə əməliyyat barədə müzakirə aparılacağını söyləyib.

  Yıldırım Beynəlxalq Somali Konfransına getdiyi İngiltərənin paytaxtı Londonda jurnalistlərə açıqlamalar verib.

  Yeni Amerika rəhbərliyinin əvvəlki prezident Barak Obamanın səhvlərini təkrarlamayacağına ümid etdiyini bildirən Baş nazir onu da deyib ki: "Türkiyə terrorla təkbaşına mübarizə aparacaq güc və qərarlılığa sahibdir… ABŞ-ın separatçı terror təşkilatı PKK-nın Suriya davamı PYD-yə silah verməsini "ciddi dövlətlərə yaraşmayan iş" hesab edirik. Artıq Amerika rəhbərliyi xəzinəsini bu terror təşkilatına açmamaq üçün araşdırma aparmağa başlayacaq.”



Әlaqәli Xәbәrlәr