‘‘Uşaqların, qadınların, yaşlıların kimyəvi silahlarla qətlə yetirilməsinə necə göz yuma bilərik"

Bu sözlәri Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Vladimir Putinlә keçirdiyi görüşdәn sonra baş tutan mәtbuat konfransında deyib.

725344
‘‘Uşaqların, qadınların, yaşlıların kimyəvi silahlarla qətlə yetirilməsinə necə göz yuma bilərik"

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin  Soçidə görüşüb.

1 saat 30 dəqiqə davam edən görüş mətbuat üçün qapalı keçirilib

Heyətlər arasında keçirilən görüşdən sonra təşkil edilən mətbuat  konfransında Rəcəb Tayyib Ərdoğan görüşdə Suriya böhranı başda olmaqla regional məsələlərin müzakirə olunduğunu bildirib.

Dövlət başçısı Suriyanın altı ildir iki ölkə üçün də  qanayan  yara olduğunu deyib.

 ‘‘Uşaqların, qadınların, yaşlıların kimyəvi silahlarla qətlə yetirilməsinə necə göz yuma bilərik" deyən dövlət başçısı: ‘‘Kimyəvi hücumlar törədənlərin cəzalandırılması məsələsində razılığa gəldik. Bu məsələlərlə bağlı Rusiya ilə əməkdaşlığımızı davam etdirəcəyik’’, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Türkiyənin dövlət başçısı  dünyada terror dalğasının qarşısının alınmasında səylərin birləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. 

Rusiya prezidenti Vladimit Putin də öz növbəsində  görüşdə beynəlxalq terrorla  mübarizədə  hərbi əməkdaşlığın gücləndirilməsi  ilə əlaqədar razılıq əldə etdiklərini, Suriya böhranının  siyasi yolla  həll edilməsi məsələsində Rəcəb Tayyib Ərdoğanla həmfikir olduqlarını və "Türk axını" layihəsinin müzakirə olunduğunu  bildirib.

Prezident Vladimir Putin bildirib ki, iki ölkə arasında münasibətlərin bərpası prosesi tam miqyasda başa çatıb. 

O vurğulayıb ki, iki ölkə arasında əmtəə dövriyyəsində  də artım qeydə alınıb.



Әlaqәli Xәbәrlәr