"Sizdən cığır açmağınızı gözləyirik", R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) yaranmasının 97-ci ildönümü münasibətilə yerini bir günlüyə 4-cü sinif şagirdi Yiğit Türkə verdi.

718710
"Sizdən cığır açmağınızı gözləyirik", R.T.Ərdoğan

   R.T.Ərdoğan uşaqların həm bayramını, həm də Mirac Qəndilini təbrik etdi.

  Rəcəb Tayyib Ərdoğandan yerini 23 Aprel Uşaq Bayramı münasibətilə təhvil alan 10 yaşlı Yiğit Türk dedi:

  "Bu gün Türkiyə Qazi Məclisinin açılışı, öz iradəsiylə işə başladığı mübarizənin ildönümüdür. Biz milli iradə və demokratiya bəxş edən 15 İyul şəhidlərimizi də bu gün bir daha yada salırıq. Onların uşaqlarıyla qardaşıq. Bunu xüsusi bildirmək istəyirəm".

  R.T.Ərdoğan daha sonra Cümhurbaşkanlığı Sarayında uşaqları qəbul etdi, onlara “Sizdən cığır açmağınızı gözləyirik. Bu respublika sizə əmanətdir", - dedi.



Әlaqәli Xәbәrlәr