“Terror təşkilatlarına qarşı mübarizə davam etdiriləcək”, B.Yıldırım

Baş nazir Binəli Yıldırım ölkənin birlik və bərabərliyinə qəsd edən bütün terror təşkilatlarına qarşı aparılan mübarizənin davam etdiriləcəyini bildirib.

718029
“Terror təşkilatlarına qarşı mübarizə davam etdiriləcək”, B.Yıldırım

Baş nazir Binəli Yıldırım ölkənin birlik və bərabərliyinə qəsd edən bütün terror təşkilatlarına qarşı aparılan mübarizənin davam etdiriləcəyini bildirib.

Baş nazir paytaxt Ankarada jurnalistlərə verdiyi açıqlamada terrorla mübarizə məsələsinə toxunaraq deyib ki, Çuxurcada təəsssüf ki, ərazidə axtarış aparan zaman iki əsgərimiz şəhid edildi. Terrorçulara anında cavab verildi, sığınacaq yerləri məhv edildi. Terrora qarşı mübarizəmiz davam edəcək. Türkiyənin ərazilərindən kənarda da təhdid var və bu olduğu müddətdə təhdid, kimdən tərəf olduğuna baxmayaraq Türkiyə bunların hamısına lazım olan cavabı verir və hər zaman da verəcəkdir.

Baş nazir Yıldırım “Ölkəmizin birlik və bərabərliyinə qəsd edən bütün terror təşkilatları ilə mübarizə davam edir.” deyə vurğulayıb.

Baş nazir jurnalistlərin terror təşkilatı DEAŞ ilə mübarizədə masadakı ən önəmli mövzulardan biri olan Suriyanın Rakka bölgəsinə istiqamətli əməliyyatla əlaqəli suala cavabən deyib ki, bu mübarizə davam edəcək. Ölkəmizə qarşı kənardan da təhdid var. Türkiyə bunlara lazım olan cavabı verir. DEAŞ ilə mübarizədə ABŞ ilə necə əməkdaşlıq ediləcəyi barədə Türkiyənin şərtləri məlumdur. Dövlət başıçımız mayın 16-17-də Tramp ilə görüşəcək və ona görə addım atılacaqdır. Hal-hazırda ehtimalları əsas götürüb addım atmaq səhv olar.



Әlaqәli Xәbәrlәr