16 Aprel – Türkiyə Demokratiyasının Tarixi Günü

Türkiyə Prezident Aparatının sözcüsü cənab İbrahim Kalının “Daily Sabah” qəzetinin 19 aprel 2017-ci il tarixli  sayında dərc olunan məqaləsi.

717670
16 Aprel – Türkiyə Demokratiyasının Tarixi Günü

Tarixi 16 Aprel günü Türkiyənin ölkədaxili və regional məsələlərinin həllində daha güçlü olması üçün lazım olan şəraiti yaradacaq və ölkənin demokratik mədəniyyətinin güclənməsinə kömək edəcəkdir.

 16 Aprel günü milyonlarla Türkiyə vətəndaşı seçki məntəqələrinə gedərək, parlament sisteminin yerinə prezidentlik sisteminin gətirilməsini də nəzərdə tutan konstitusiya dəyişikliyinə səs verdi. 86% iştirakın həyata keçirildiyi referendumda seçicilərin 51,4%-i dəyişikliyi dəstəkləyərək "hə" dedi. Beləliklə, Türkiyənin müasir siyasi tarixində yeni bir səhifə açıldı.

Referendumun  bir neçə əhəmiyyətli nəticəsi vardır.

Hər şeydən əvvəl, 16 Aprel Referendumu Türkiyə demokratiyası tarixi üçn bir dönüş nöqtədi oldu. Tarixdə ilk dəfə ölkənin hansı sistemlə idarə olunacağına dövlət çevrilişçiləri deyil ,Türkiyə xalqı qərar verdi. 1960-cı ildə baş verən hərbi çevrilişlə Türkiyənin demokratik yollarla seçilmiş hökuməti devrilmiş, Prezident Aparatının siyasi partiyalarla əlaqəsi kəsilmiş və zəif koalisiya hökumətlərini hədəfləyən qüsurlu bir parlamentar sistem təsis edilmişdi. Bu təşkilati tənzimləmə seçilənlərin hərbi qəyyumluq rejimindən daha zəif olmasını zəmanət altına alaraq, qəyyumçuların siyasəti müəyyənləşdirməsinə, hökumətlərə istefa təzyiqi etməsinə və ya seçilənləri hakimiyyətdən uzaqlaşdırmağa imkan verirdi. Türkiyə 2002-ci ildən etibarən prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə siyasi sabitlik əldə etsə də, ölkənin gələcəkdə uğursuz koalisiya hökumətləri ilə idarə edilməsi riski hər zaman vardı. Türk xalqı bazar günü konstitusiya dəyişikliyini qəbul edərək, ölkəsinin gələcək sabitliyini təminat altına aldı.

Türk xalqı 2019-cu ildə xalqın bilavasitə məsuliyyətini daşıyacaq yeni prezidenti və yeni parlamenti seçəcək. Növbəti prezident ölkəni idarə etmək üçün elektoratın əksəriyyətinin dəstəyini qazanmalıdır. Yeni sistemdə məclisin idarəetmə ilə bağlı qanunlar çıxarmaq, prezidentlər haqqında cinayət işi açmaq və hətta onu vəzifədən kənarlaşdırmaq kimi geniş səlahiyyətləri olacaq. Güclü bir tarazlıq və nəzarət mexanizminə malik bu sistemdə prezident və parlament əsas məsələlərdə razılaşma əldə etmək üçün birlikdə çalışmalı olacaqlar.

Referendumun başqa əhəmiyyətli nəticəsi isə budur: Türkiyədə kürdlərin çoxluq təşkil etdiyi bölgələrdə "hə" kampaniyası gözləniləndən daha çox dəstək almışdır. Hələ dəqiqləşməyən nəticələrə görə, 2015-ci il parlament seçkilərində Ədalət və İnkişaf Partiyasının (AK Partiya) yalnız 24,8 % səs aldığı Muşda seçicilərin 50,8%-i konstitusiya dəyişikliyini dəstəkləyib. Diyarbəkir, Siirt, Van və Mardində bənzər bir dəyişiklik müşahidə olunur. Bu əziyyət kürd seçicisinin PKK terrorunu və Xalqların Demokratik Partiyasının (HDP) terrora haqqvermə siyasətini açıq şəkildə rədd etdiyini göstərir. Kürdlərin böyük əksəriyyəti demokratik islahatları, sərmayələri, dövlət quruluşunu və PKK-ya qarşı mübarizəni dəstəkləyir. Kürdlər ilə PKK arasında dəqiq fərq qoyan prezident Ərdoğan və hökumət kürd seçicisinin etimadını yenidən qazanmışdır.

Son olaraq, qərb mediası və Avropadakı müəyyən hökumətlər Türkiyədə nüfuzdan düşdü. Avropadakı bəzi hökumətlərin referendum kampaniyası zamanı tutduqları mövqe Türkiyədə güclü reaksiyaya səbəb oldu və Avropa ilə münasibətlərimizin gələcəyi haqqında sual işarələri yaratdı. Açıq danışsaq, Avropa liderləri yalnız “yox” kampaniyasını dəstəkləyərək referenduma müdaxilə etməklə kifayətlənmədilər, eyni zamanda, diplomatik qaydaları pozaraq aralarında Türkiyə nazirlərinin də olduğu konstitusiya dəyişikliyini dəstəkləyənlərin xaricdə yaşayan milyonlarla Türk seçisinin məlumatlandırnasının qarşısını aldılar.

Digər bir sual isə ikili standartlarla bağlıdır: Avropa İttifaqının İtaliyada siyasi sabitliyi təmin etmək üçün seçki məcəlləsinin dəyişdirilməsinə verdiyi dəstəyi xatırlasaq, eyni Avropanın Türkiyədə atılacaq oxşar addımlara şiddətlə qarşı çıxması Türk xalqı üçün maraqlıdır. Bu əsnada, beynəlxalq media Türkiyəni başa düşmək və referendumun nəticəsini təxmin etmək məsələsində müvəffəqiyyətsiz oldu. Bir çox müxbir və analitik Konstitusiya dəyişikliyi təklifini diqqətlə oxuyub anlamaq əvəzinə,  referendumu Türkiyə prezidentinin nüfuzdan salınması yolunda yeni bir fürsət olaraq dəyərləndirdi. Qərb qəzetlərində dərc olunan xəbərləri və şərhləri oxuyan bir çox Türk oxucusunda sanki, ““yox” kampaniyasının bukletlərini oxuyurlar” təəssüratı yarandı. Nəhayət, beynəlxalq medianın həqiqətləri çatdırmaqla bağlı uğursuzluqları beynəlxalq ictimaiyyətə qərəzli və tərəfli bir tablo təqdim edilməsinə səbəb oldu. Ümid edək ki, jurnalistika adı altında etdiklərinin əslində siyasi fəaliyyət olduğunu və bunun peşələrinə zərər verdiyini görə biləcəklər.

ATƏT və AŞPA-dan gələn müşahidəçi heyətlərinin də eyni problemləri oldu. Bazar ertəsi günü açıqlanan ilkin hesabatda, referendumun "texniki tərəfdən yaxşı idarə olunduğu", lakin kampaniyanın bərabər olmayan şəraitdə keçirildiyi iddia edildi. Bu arada, hesabatı yazan bəzi heyət üzvlərinin Türkiyə və Avropa İttifaqı tərəfindən terror təşkilatı olaraq qəbul edilən PKK-ya sosial mediada açıq dəstək verdiyi ortaya çıxdı.  Bu vəziyyət onların obyektivlikləri haqqında ciddi şübhə doğurur.

Keçən aylarda prezidentlik sisteminə verilən dəstəyin 30%-dən 50%-dən çoxa qədər yüksələrək, 25 milyona çatdığını xatırlamaq yerinə düşər. Şübhəsiz ki, qarşıdakı dövrdə yeni sistemin Türkiyəyə verəcəyi faydaları və gələcəyinin daha təhlükəsiz olacağını görən bir çox insan konstitusiya dəyişikliyinə dəstək verməyə başlayacaq. Bir tərəfdən prezidentlik sisteminə keçid üçün hüquqi dəyişikliklər ediləcək, digər tərəfdən Türkiyə bazar günü keçirilən tarixi referendum sayəsində daxili və regional məsələlərlə bağlı daha sürətli və səmərəli addımlar ata biləcək.

 

 

 



Әlaqәli Xәbәrlәr