Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın ABŞ-na səfəri

Xarici işlər naziri Mövlud Çavuşoğlu dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Trumpın mayın 24-25-də Brüsseldə keçiriləcək NATO-nun zirvə toplantısından əvvəl görüş keçirəcəkərini bildirib.

716320

Çavuşoğlu paytaxt Ankarada təşkil edilən mətbuat konfransında açıqlama verərək deyib ki, Ərdoğan-Trump görüşü NATO zirvəsinin əvvəlində may ayında reallaşacaq.

Qeyd edək ki, Çavuşoğlu ötən gün amerikalı həmkarı Rex Tillerson ilə telefonla danışmışdı.

Telefon danışığında Ərdoğanın Vaşinqtona edəcəyi səfərin detalları müzakirə olunmuşdu.

Mövlüd Çavuşoğlu aprelin 16-da keçirilən ümumxalq səsvermə ilə əlaqəli olaraq isə, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) müşahidəçilərinin obyektiv olmadığını və hazırladıqları hesabatın da etibarlı olmadığını vurğulayıb.

Xarici işlər naziri Çavuşoğlu deyib ki, PKK-nın əsgi parçaları ilə poza versəniz, analizlerinizi nəzərə almarıq.

ATƏT-in referendum ilə əlaqəli hesabatının müxtəlif səhvərinin olduğunu vurğulayan Çavuşoğlu onu da bildirib ki, ATƏT siyasi analiz edə bilməz. ATƏT-in hesabatlarının etibarı qalmamışdır.

Çavuşoğlu referenduma dair Aİ-nin istintaq haqqının da olmadığını ifadə edib.

Nazir onu da qeyd edib ki, Türkiyə vətəndaşlarına Avropa İttifaqına üzv ölkələrə girərkən viza rejiminin tətbiq edilməməsi üçün fəaliyyətlər davam edir.

Әlaqәli Xәbәrlәr