“Muxtarlıqlar bağlanmayacaq, əksinə...” R.T.Ərdoğan
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 16 Aprel referendumunun məzmun baxımından Türkiyənin rəhbərlik sistemini dəyişdirməsiylə tarixi bir əhəmiyyət daşıdığını bildirib.
706327
![“Muxtarlıqlar bağlanmayacaq, əksinə...” R.T.Ərdoğan](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/399b/44d4/8e24/58e4bce10ff0c.jpg?time=1718396651)
Beştepe Milli Konqres və Mədəniyyət Mərkəzində muxtarlarla bir araya gələn Ərdoğan burada etdiyi çıxışında Türkiyənin bir neçə gün sonra gedəcəyi seçkiylə bağlı danışıb: "Məzmun etibarilə ölkəmizin idarəetmə sistemini dəyişdirəcək bu referendum tarixi əhəmiyyətə malikdir. Yeni sistemin əsas xüsusiyyəti milli iradənin ölkə rəhbərliyi üzərindəki gücü olacaq.
Referendumdan sonra 17 apreldən muxtarlıqların bağlanacağı söz-söhbətlərinə Ərdoğan bunun doğru olmadığı cavabını verib, ”Əksinə muxtarlar İctimai Təhlükəsizlik Təşkilatı haqqı dövlət tərəfindən ödəniləcək”, - deyib.