Mardindә iki әsgәr şәhid olub
Türkiyәnin Mardin şәhәrindә separatçı terror tәşkilatı PKK-nın tәhlükәsizlik qüvvәlәrinә tәşkil etdiyi hücum nәticәsindә 2 әsgәr şәhid olub.
691754
Türkiyәnin Mardin şәhәrindә separatçı terror tәşkilatı PKK-nın tәhlükәsizlik qüvvәlәrinә tәşkil etdiyi hücum nәticәsindә 2 әsgәr şәhid olub.
Terrorçular tәrәfindәn әvvәlcәdәn yol kәnarına yerlәşdirilәn bomba tәhlükәsizlik qüvvәlәrinin bölgәdәn keçdiyi zaman işә salınıb.
Hadisә nәticәsindә iki әsgәr şәhid olub.
Qeyd edәk ki, hadisәdәn sonra bölgәdә әmәliyyat başlanıb.
Jandarm dəstələrinin hadisə yerindəki araşdırması davam edir.