Yunanıstan Türkiyəyə dəstəyini açıqladı

Yunanıstanın Avropa İşləri üzrə xarici işlər nazirinin vəkili Yorqos Katrouqlos Türkiyə ilə hər zaman dostluq əlaqələri qurmağa səy göstərdiklərini söyləyib.

690829
Yunanıstan Türkiyəyə dəstəyini açıqladı

Yunanıstanın Avropa İşləri üzrə xarici işlər nazirinin vəkili Yorqos Katrouqlos Türkiyə ilə hər zaman dostluq əlaqələri qurmağa səy göstərdiklərini söyləyib.

Katrouqalos özəl televiziya kanallarından birinə verdiyi açıqlamada Türkiyədən səlahiyyətlilərin Yunanıstanda seçki toplantıları təşkil etmə ehtimalına dair deyib ki, Türk səlahiyyətlilər seçki zamanlarında daha əvvəl Trakyada oldular. Onların bu ünsiyyətlərinə mane olmaq üçün hər hansı səbəb yoxdur. Avropada əlaqələrimizdə problem yaradacaq gərginliklərin qızışdırılmaması lazımdır.

Katrouqalos seçki ərəfəsi atmosfərinin dövlətlər arasındakı əlaqələrə ziyan vurmamasının vacibliyinə toxunaraq bildirib ki, mən digər ölkələrin daxili siyasi qərarlarını mühakimə edə bilmərəm, ancaq Avropada əsas olan bu cür toplantıların keçirilməsidir.



Әlaqәli Xәbәrlәr