"Hollandiya hökumətini təəssüflə qınayıram",İ.Karaman

Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Karaman Hollandiya hökumətinin faşizmi və nasizmi xatırladan rəftar nümayiş etdirdiyini bildirib.

689851
"Hollandiya hökumətini  təəssüflə qınayıram",İ.Karaman

Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Karaman Hollandiya hökumətini qınayıb.

Məclis sədri yazılı açıqlamasında bildirib ki, Avropa İttifaqı üzvü bəzi ölkələr son günlərdə Türkiyəyə qarşı beynəlxalq əsaslara zidd rəftar edirlər. Hollandiya faşizmi və nasizmi xatırladan rəftar nümayiş etdirir.

Xarici işlər naziri Çavuşoğlu ilə ailə və sosial siyasətlər naziri Fatma Bətül Sayan Kayaya qarşı qanunsuz məqamın heç bir şəkildə qəbul edilə bilməyəcəyini vurğulayan İsmail Karaman Hollandiya hökumətini təəssüflə qınadığını bildirərək deyib ki, daxili siyasi həsablarla Avropada yaşayan vətəndaşlarımızın və əziz millətimizin nifrət duyğularını təhrikedici bu cür məqamlar Avropa İttifaqının dəyərləri ilə üst-üstə düşmür və qlobal hüquq normalarına ziddir. Ayrıca hökumətimizin də qisas alma haqqı vardır. Məruz qaldığımız bu vəziyyət qəbul edilməzdir. Bunun bir daha yaşanmaması üçün Hollandiya hökumətini məsuliyyətli və məntiqli rəftar etməyə dəvət edirəm.



Әlaqәli Xәbәrlәr