“Almaniyada 9 min uşaq itkin düşüb”: Ö.Çəlik

Avropa İttifaqı işləri üzrə nazir Ömər Çəlik, Anadolu Ajansına (AA) verdiyi müsahibəsində Avropanın sığınmacılara istiqamətli izlədiyi siyasətdən tənqid edib.

688076
“Almaniyada 9 min uşaq itkin düşüb”: Ö.Çəlik

Almaniyada kimsəsiz immiqrant uşaqların çətin vəziyyətdə olduğuna diqqət çəkən nazir Çəlik: “müasir dünyanın orta yerində minlərlə uşaq itkin düşüb. Belə bir hadisə qarşısında biganə qalmaq mümkün deyil. Türkiyənin qaçqın uşaqlarla əlaqədar gördüyü tədbirlər beynəlxalq cəmiyyət tərəfindən təqdir edilir. Türkiyə, bir çox ölkənin əksinə 491 min kimsəsiz immiqrant uşaq üçün təhsil imkanı yaradaraq möcüzəvi bir işə imza atıb. Baxmayaraq qərb mediyası Türkiyənin təqdirə şayan işlərinə biganə qalmaqda davam edir. Köç dalğasının qarşısının alınması üçün əhəmiyyətli tədbirlər həyata keçirən Türkiyənin bu sahədə gördüyü işlərin, Avropanın siyasi gələcəyinə böyük töhvə verəcəyi gözdən yayındırılmamalıdır” deyə vurğulayıb.

Türkiyənin xarici terroristlər mövzusunda da Avropa ölkələriylə əməkdaşlıq etməkdə hazır olduğunu ifadə edən Ömər Çelik, Avropada yaşanan terror hadisələrinə nəzər saldıqda, Türkiyənin daha əvvəl müəyyən kəslərlə əlaqədar tələblərinə biganə qalındığının müşahidə olduğunu qeyd edib.

Ömər Çəlik, terrora qarşı mübarizədə ortaq təşkilatların yaradılmasının lazım gəldiyini də ifadə edərək: "Terror təşkilatları DEAŞ və PKK-ya qarşı mübarizədə ortaq platformalar, təşkilatlar yaradılmalı. Bu sahədəki mübarizə, bütün məlumat, kəşfiyyat bir  mərkəzdə  toplanmalı” deyib.



Әlaqәli Xәbәrlәr